Poliqlot dövrünə keçid
Neil Madden yazır ki, müxtəlif dilləri öyrənmək sizin düşündüyünüzdən daha asandır
Əgər kimsə ‘flisni me mua’ deyirsə, siz bilirsinizmi bu nə deməkdir və ya hansı dildədir? 225 yerli dillə Avropanın linqvistik irsi zəngin və müxtəlifdir və bu qeyd olunması gərəkli olan bir faktdır. Ancaq avropalılar yaxın (və o qədər də yaxın olmayan) qonşularının dillərini öyrənməyi nə qədər yaxşı bacarırlar? Bir çox avropalılar birdilli yaşamağın normal olduğunu fikirləşə bilərlər. Lakin dünya əhalisinin yarısı və uçdə iki hissəsi araında olan əhalisi müəyyən dərəcədə ikidillidir və əhalinin əhəmiyyətli bir hissəsi çoxdillidir yəni onlar bir neçə dil bilirlər (anlamaq, yazmaq, danışmaq və s.).
Çoxdillilik təkdillilikdən daha çox insana xas olan haldır. Milyonlarala insan öz ana dillərindən başqa başqa heç bir dili bilmədiklrərini düşünürlər , ancaq onlardan çoxu digər hər hansı bir dili müəyyən qədər də olsa bilirlər. Hal hazırda yeni bir dili öyrənmək imkanları həmişəkindən daha genişdir.
Dillərin öyrənilməsinin faydasını daha da vurğulamaq məqsədi ilə Avropa Şurası Avropa Dilləri Gününü (ADG) təşkil etmişdir ki bu Gün hər il sentyabr ayının 26-da qeyd olunur. ADG-nin əsas məqsədi çoxdilliliyi təbliğ etməkdir. Bu heç də yeni bir hal deyir. Bu Afrika və Aziyada yaşayan bir çox insanların gündəlik həyatlarında olan bir faktdır və Avropanın bəzi hissələrində, xüsusilə də Beneluks və Skandinaviya ölkələrində, o cümlədən Aralıq dənizi ətrafındakı ölkələrdə normal bir haldır. Əlbəttə ki bu insanları digər dilləri “ana dili” səviyyəsində danışmağa hədəfləmək kimi qorxuducu bir düşüncə ilə qarşılaşdırmaq anlamına gəlmir. Əsas məqsəd ehtiyac və tələblərinizə üyğun olaraq ünsiyyət qurmaq və anlaşılmaqdır. Ingilis dilinin dünyada yayılması qarşısıalınmaz görünür və sorğular ingilis dilini müəyyən dərəcədə bilməyin dil öyrənən bir çox şəxslər üçün (Evrobarometrə əsasən üç nəfərdən biri bu dildə söhəbət apara bildiklərini iddia edir) prioritet olduğunu göstərir.
Buna baxmayaraq, sadəcə ingilis dili ilə məhdudlaşmağa gərək yoxdur. Digər dillər də iş və ya səyahətlə bağlı həyat təcrübəsini tam yaşamaq üçün mühüm alətlərdir. Qloballaşdırılmış dünyanın acı istehzası ondan ibarətdir ki, ingilis dilinin böyük rolu azala bilər. Hazırda “ortaq dildə” daha çox insanın danışa bildiyini nəzərə alsaq, əlavə bir dil bacarığının olması üstünlük yaradacaqdır . İş və təhsil sahəsində ana dili ingilis dili olan şəxslər həm öz ana dilləri, həm ingilis dili, həm də ücüncü və ya dördüncü dil qabiliyyəti olan namizədlərlə rəqiblik etməli olacaqlar. Dil bacarığı yalnız iqtisadi qazanc deyil. Bu bizi digər mədəniyyət və davranışlara açıq olmağa ruhlandırır və hadisələrə müxtəlif perspektivdən baxmaqla zehni rahatlığı təmin edir. Biz digər ölkələrin insanları, mədəniyyəti və ənənələri ilə tanış olmağa imkan yaradan dilin rolunu kiçiltməməliyik. Digər mədəniyyətin nüməyəndələri ilə rahat ünsiyyət quran insanların daha tolerant olma ehtimalı vardır. Yadda saxlamaq lazımdır ki, yalnız bir dili bilmək digərlərinin linqvistik bacarığına və xeyirxahlığına möhtac olmaq deməkdir. Digər dildən istifadə etməyi öyrənmək sadəcə faydalı bir bacarıq əldə etmək deyil – bu, digərlərinin şəxsiyyətinə və mədəniyyətinə hörmət etmək və müxtəlifliyə tolerant münasibət göstərmək deməkdir.
Avropa Şurası insanların öz xarici dil bacarıqlarını qiymətləndirməsi üçün proqram təşəbbüsü ilə çıxış etmişdir. Avropa Dilləri Portfoliosu layihəsi öyrənənlərin dil bacarıqlarını genişləndirmək və müxtəlifləşdirmək səylərini qiymətləndirməklə onları motivasiya etmək və onların daha yuxarı öyrənmə səviyyəsinə keçənrkən və ya öz ölkələrində və ya xaricdə iş axtararkən əldə etdikləri biliklərə yenidən müraciət etmək üçün bu məlumatlara çıxışı təmin edir. Dil öyrənənlər qrid sistemi əsasında öz bacarıqlarını – anlamaq, oxumaq, danışmaq və yazmaq- altı avropa standartlarına uyğun qiymətləndirə bilərlər. Bu standartlar Avropanın əsas sertifikatlaşdırma orqanları, bir çox üzv dövlətlər və xüsusilə, fərdi bacarıqları daha şəffaf və üzv dövlətlər arasında müqayisə edilə bilən bir system olan AB-nin “Europass” sxeminin bir hissəsi kimi AB tərəfindən qəbul olunmuşdur. Avropa Dilləri Gününün əsas məqsədlərindən biri dillərin öyrənilməsini davamlı bir proses olduğu fikrini aşımaqdır. Böyüklərin bir çoxu belə hesab edir ki, təhsil aldıqları müddətdə yeni bir dil öyrənmək imkanını itirdikləri üçün bu prosesə yenidən başlamaq artıq çox gecdir. Bu belə deyil. Bütün Avropada dil bacarıqlarını artırmaq üçün müxtəlif dərslər, proqramlar və metodlar (kitablardan tutmuş CD-lərə qədər) mövcuddur. Adətən əsas çatışmayan cəhət “dil qorxusunu” aradan qaldıra biləcək şəxsi motivasiyadır. Bir çox insan dil bacarıqlarını məktəbi və ya universiteti bitirdikdən sonra artır. Bu o qədər də təəccüblü deyil, çünki dilin öyrənilməsi məktəbdə əsasən imkan kimi yox, məsuliyyət kimi qəbul olunur. Yalnız dünyanı işləmək və ya istirahət etmək məqsədilə araşdırmağa başladığımız an, biz digər dillərin dəyərini anlayırıq. Ruhlandırmaq üçün qeyd etmək lazımdır ki, hər bir əlavə dilin öyrənilməsi getdikcə asan olur. Buna görə də ilk çətinliyin öhdəsindən gəldikdən sonra macar və kanton dilini öyrənməyə cəhd etmək istəsəniz, özünüzü sınayın.
Siz dil bacarığınızı inkişaf etdirmək və ya Avropa Dilləri Günü haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə aşağıdakı internet saytlarına müraciət edə bilərsiniz:
Yeri gəlmişkən, əvvəldə verdiyimiz sualın cavabı albancadan “mənimlə danış”-dır.
Neil Madden Strazburqda yaşayan müstəqil jurnalistdir.