Linqvistik müxtəlifliyin qeyd olunması
İnsan faktoru
Planetimizdə 6000 və 7000 arası müxtəlif dillərdə danışan yeddi milyarddan artıq insan yaşayır. İngilis və çin kimi bəzi dillərdə yüzlərlə insan danışır, ancaq bir çox dillərdə yalnız bir neçə min və ya daha az insan danışır. Əslində, dünya dillərinin 96%-ində yalnız 4% insan danışır. Avropalılar adətən düşünürlər ki, Şimali Amerika və Avstraliya ilə müqaisədə onların qitəsində müstəsna sayda dillər mövcuddur. Lakin dünya dillərinin yalnız 3%-i, təxminən 225 dil Avropanın yerli dilləridir. Dillərin çoxu Ekvatorun hər iki tərəfində cənubi Aziya, Hindistan, Afrika və cənubi Amerikada danışılır.
Avropalıların çoxu düşünə bilər ki, təkdillilik normal bir haldır , lakin dünya əhalisinin yarısı və uçdə iki hissəsi arasında olan əhalisi müəyyən dərəcədə ikidillidir və onun əhəmiyyətli bir hissəsi isə çoxdillidir. Çoxdillilik təkdillilikdən daha çox insana xas olan haldır. Dil və mədəni müxtəliflik , bioloji müxtəliflikdə olduğu kimi , getdikcə daha çox yaxşı və gözəl bir hal kimi qəbul edilir. Hər bir dil dünyanı özünəməxsus formada görür və öz tarixinin məhsuludur. Bütün dillərdə fərdilik və dəyər vardır və hər bir dil ondan istifadə edənlər üçün ifadə vasitəsi kimi eyni dərəcədə vacibidr. Uşaqların hansı surətlə danışmağı öyrəndiklərini müqayisə etməklə, bir dilin digər dildən çox da çətin olmadığını görürük.
Dilin strukturu
Dil bir qrup insanlar tərəfindən bir-biri ilə ünsiyyət yaratmaq, mədəni fərdiliyi və sosial münasibətləri ifadə etmək, bir zövq almaq(məsələn ədəbiyyatda) kimi müxtəlif məqsədlər üçün istifadə olunan səslər və simvollardan ibarət bir sistemdir. Dillər bir-birindən səs, grammatika, lüğət və nitq formasına görə fərqlənir. Ancaq bütün dillər çox mürəkkəb varlıqlardır. Dillər bir-birindən onlarla, yüzlərlə sait və samit səslərin sayına görə fərqlənir. Avropa dillərində orta sayda yəni 25-dən (məs. ispan dili) 60-a qədər (məs. irland dili) səslər vardır. Bu səslər əlifbada dəqiqlik dərəcəsindən asılı olaraq əks olunmuşlar: bəzi əlifbalarda (məs. uelş) səslər nizamlı, digərlərində (məs.ingilis) isə qeyri-nizamlı simvollaşdırılmışdır. Qrammatika ilə hər bir dildə minlərlə söz və cümlələr qurmaq olur.
Hər bir dildə istifadəçinin ehtiyaclarını ödəmək üçün geniş lügət vardır. Elmi və texniki lügəti geniş olan Avropa dillərində sözlərin və ifadələrin sayı yüzminlərlədir. Fərdlər dilin ümumi lüğətinin yalnız kiçik bir qismini bilir və istifadə edir. Təhsilli insanlar 50000 sözdən (aktiv lüğət) istifadə edirlər; onların bildikləri, ancaq istifadə etmədikləri sözlərin sayı (passiv lüğət) bundan daha genişdir. Gündəlik söhbət zamanı insanlar adətən az sayda sözdən istifadı edirlər, amma bu sözlər tez-tez təkrarlanır. Aktiv dillər və mədəniyyətlər davamlı oaraq dəyişir. İnsanlar bir-birinə danışıq və yazı tərzləri ilə təsir edirlər. İnternet kimi yeni media dillərə inkişaf etmək imkanı yaradır. Dillər hər zaman bir-biri ilə əlaqədədir və bir-birinə müxtəlif cür təsir edir. Bu xüsusilə alınma sözlərlə bağlıdır. Məs. ingilis dili əsrlərlə 350 dildən sözlər qəbul etmişdir. İndi isə avropa dilləri ingilis dilindən sözlər qəbul etməkdədir.
Dilə yiyələnmək
Həyatımızın ilk 5 ili ərzində ana dilini öyrənmək bizim əldə etdiyimiz ilk nailiyyətdir, hərçənd ki, dilin müəyyən xüsusiyyətləri (lüğətin genişlənməsi) qeyri-müəyyənliyə qədrə davam edir. Dil bir neçə inkişaf mərələsi keçir. Həyatının ilk ilində körpə bir sıra şəslər çıxardır ki, bu səslərdən də ritm və intonasiya nümunələri yaranır, daha sonra isə sait və samitlərin tələffüzü başlayır. Bir yaşına yaxınlaşanda körpə ilk anlaşılan sözləri ifadə edir. İkinci il iki sözlü ifadələr meydana gəlir və bu yavaş-yavaş üç və dörd sözlü ifadələrlə davam edir. Üç və dörd yaşlı uşaqlar daha üzün və mürəkkəb cümlələr qurmağa başlayırlar. Onların lüğətində 18 ayında 50 aktiv söz, beş yaşına çatanda isə bir neçə min sözə olur. Ana dili adətən şəxsin ilk öyrəndiyi və ya ilk dili hesab olunur. Bu insanların ən yaxşı bildikləri, ən çox istifadə etdikləri və ya ən yaxın hesab etdikləri dildir. Ikidilli böyüyən bəzi insanlar iki dili çox sıx öyrəndikləri üçün onları “birinci” və ya “ikinci” dil kimi ayıra bilmirlər. Lakin ikidilli şəxlərin çoxu bunu ayıra bilir, çünki ikinci və ya üçüncü dilin öyrənilməsi məktəbdə və ya daha sonra baş verir.
Dİgər bir dili öyrənməyin heç bir yaş limiti yoxdur. İkidillilik mürəkkəb fenomendir. İkidilli insanın hər iki dil bacarığının eyni dərəcədə olması bir mifdir; reallıqda isə ikidillilər çox nadir hallarda iki dil arasında balans əks etdirirlər. İkidillilərin eyni bacarıqlar göstərmələri başqa bir mifdir; reallıqda onlar ikidilliliyin müxtəlif növlərini nümayiş etdirirlər. Bəziləri hər iki dili ana dili səviyyəsində danışır, digərləri isə bir dili aksenklə danışır. Bəziləri hər iki dildə yaxşı oxuyur, digərləri isə yalnız bir dildə oxuya bilir. Bəziləri bir dildə yazır, ancaq başqa dildə danışır. İkidilliliyin müxtəlif faydaları vardır. İkidillilik sizin digər dilləri müvəffəqiyytlə öyrənəcəyinizə imkan yaradır; bir növ ikinci dil üçüncü dilin öyrənilməsinə təkan verir. ...İkidilli insanlar həmçinin düşünmə prosesində üstünlüklərə malik ola bilərlər: faktlar göstərir ki, onlar erkən bilik bacarıqlarının inkişaf etdirilməsi sahəsində birdilli insanlarla müqaisədə daha tez müvəffəqiyyətə nail olurlar və daha yaradıcı linqvistik qabiliyyə malikdirlər. İkidillili insanların daha çox insanlarla ünsiyyət qurmaq imkanı vardır, çünki onlar digər mədəniyyətlərlə daha yaxından tanış ola bilir və onların bu bacarığı onlara ünsiyyətdə daha həssaslı olmağa, mədəni maneələrin öhdəsindən asanlıqla gəlməyə və mədəni körpülər qurmağa kömək edir. Bunun həmçinin praktiki cəhətləri də vardır: ikidillilər potensial iqtisadi üstünlüyə malikdirlər , çünki onlar daha çox iş imkanları aşkar edirlər. Çoxdilli şirkətlərin təkdilli şirkərtlərdən daha rəqabətli olduğu haıl getdikcə daha çox qəbul olunur.
Dil ailələri
Dillər bir ailə üzvləri kimi bir biri ilə əlaqədədirlər. Avropa dillərinin çoxu ümumi köklü olduqlarına görə Hind—Avropa dil ailəsi altında qruplaşdırıla bilərlər. Avropada ən çox üzvü olan və bu dildə danışılan dil ailələri german, roman və slavyan dilləridir.
German dili ailəsinin şimal qrupuna danimarka, norveç, isveç, island, farer dilləri və qərb qrupuna daxil olan alman, holland, friz, ingilis və idiş dilləri daxildir. Roman dilləri ailəsinə rumın, italyan, korsikan, ispan, portuqal, katalon, oksitan, fransız, romanş, ladin və sardinya dilləri daxildir.
Slavyan dili ailəsinə rus, ukrayna, belarus, polyak, serb, çex, slovak, sloven, xorvat, makedoniya və bolqar dilləri daxildir.
Kelt dil ailəsinə irland, şotland qall, uelş, breton və canlanmada olan korniş və manks dilləri daxildir. Baltik ailə qrupuna latış və litva dilləri daxildir. Yalnız bir üzvü olan dil ailələrinə yunan, alban və erməni dilləri daxildir. Bask dili istisna sayılır, çünki o, hind-avropa ailəsinə daxil deyil və kökü məlum deyil.
Avropada digər dil ailələrinin də üzvləri vardır. Şimalda ural qrupuna daxil olan fin, eston, macar, sammi dilləri və Rusiya Federasiyasının şimal hissəsində inqriya və ya kareliya dillərinə rast gəlmək olar. Cənub-şərqdə altay dili ailəsnin üzvlərinə, xüsusilə də türk və azərbaycan dilinə rast gəlirik. Qafqaz dili ailəsi Qara dəniz və Xəzər dənizi arasındakı qismən kiçik və kompakt ərazidə danışılır və 40 üzvdən ibarətdir ki bunarın sırasında gürcü və abxaz dilləri də yer alır. Afro-aziya ailə qrupuna malta, ivrit və bərbər dilləri daxildir. Bu dillərin hamısı az sayda əlifba şriftindən istifadə edir. Dillərin çoxu roman (latın) əlifbasından istifadə edir. Rus və digər slavyan dilləri kiril əlifbasından istifadə edir. Yunan, idiş, erməni və gürcü dillərinin öz şriftləri vardır. Avropada geniş istifadə olunan qeyri-avropa dillərinə öz yazı sistemi olan ərəb, çin və hindi dilləri daxildir.
Avropa dilləri
Təxmini olaraq 225 yerli danıışıq dili mövcuddur. Avropada bir çoxları tətəfindən ana dili kimi danışılan 5 dilə rus, alman, ingilis, fransız və italyan dilləri daxildir. Ancaq avropa ölkələrinin çoxu müntəzəm olaraq bir neçə dildə fəaliyyət göstərirlər. Lixtenşteyn və Müqəddəs Taxt (Vatikan) kimi kiçik dövlətlər istisna sayılır. Hətta bu yerlərdə də daha geniş istifadə olunan ikinci dil mövcuddur. Avropa Mədəniyyət Konvensiyasına üzv olan 49 dövlətin 41-nin rəsmi və ya milli dilləri vardır və bir çoxlarının digər dillərlə xüsusi status verən razılaşmaları vardır. Bir çox ölkələrin ənənəvi olaraq danışdıqları azlıq və ya regional dilləri də mövcuddur. Rusiya Federasiyası ərazisində ən çox müxtəlif sayda dillər danışılır ki bu rəqəm meyarlardan asılı olaraq 130-200 arasında dəyişir.
İspaniyanın regionlarında danışılan bask, katalon və qalisiya dilləri kimi regional və azlıq dilləri rəsmi status almışdırlar. Uelş dilinin Birləşmiş Krallıqda, friz dilinin Niderland və sammi dillərinin Norvegiya, İsveç və Finlandiyada qorunan dil hüquqları vardır. Dünyanın hər yerindən miqrant və qaçqınların axını ilə əlaqədar olaraq Avropa getdikcə daha çoxdilli olmuşdur. Məsəl üçün Londonda ana dili kimi 300 dildə danışılır. Bir çox digər böyük şəhərlər, xüsusən də qərbi Avropada məktəblərdə danışılam ana dilinin sayı 100-200 dilə çatır. Ən çox yayılmış dillərə ərəb, bərbər türk, kürd, hindi, puncab və çin dilləri daxildir. Ancaq bu dillərin çoxu kiçik azlıqlar tərəfindən danışılır və onların gələcəyi təhlükə altındadır. Valideynlər və uşaqlar arasında olan gündəlik qeyri-formal, şifahi ünsiyyət dilin yaşaması üçün çox vacibdir. Ekspertlərin hesablamalarına əsasən bu əsrin sonunadək dünya dillərinin ən azından yarısı və ya daha çoxu istifadədən çixacaq. Uşaqlar ana dili mühitində böyümədikdə iki nəsil arasında bu dillə bağlı olan izlər yoxa çıxa bilər. Bir dildən vazkeçmənin bir neçə səbəbi vardır ki bu bir icmanın və yaşayış sahəsinin fiziki dağıdılması (ətraf mühitlə bağlı böhran və xəstəliklə əlaqədar), siyasi qrupların fəal düşmənçiliyi, ən çox hallarda isə daha güclü və nüfuzlu dillərin iqtisadi və mədəni hökmranlığı ilə əlaqədardır. Səbəbindən asılı olmayaraq, nəticə eynidir: insanlığın unikal bir qaynağının itməsi. Avropa Şurasının səyi nəticəsində 1998-ci ildə iki mühüm beynəlxalq sənəd qüvvəyə minmişdir. 22* üzv dövlətdə qüvvədə olan Regional Dillərin və ya Azsaylı Xalqların Dillərinin Avropa Xartiyası; 39* üzv dövlətdə qüvvədə olan və azlıqların dilləri ilə bağlı bəzi müddaların daxil olduğu Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası. Bu müqavilələr Avropanın linqvistik zənginliyini qorumaq və dəstəkləmək istiqamətində mühüm rol oynayır (* ratifikasiya 2007). 21-ci əsrin əvvəlində bütün avropa vətəndaşları çoxdilli mühitdə yaşayır. Onlar gündəlik həyatlarında, məsələn avtobusda və ya qatarda, televizorda, radio və qəzetlərdə və ya supermarketdə olan məhsulların tərkibinə nəzər saldıqda müxtəlif dillərlə qarşılaşırlar. Avropada dillərin müxtəlifliyini, onların saxlanılması və inkişafına təsir edən faktorlaı anlamağa və onlarla bağlı biliyi artırmağa ehtiyac vardır. Dillərə daha boyük maraq yaratmağa ehtiyac vardır. Millətlər arasında linqvistik tolerantlığı gücləndirməyə ehtiyac vardır. Bu, Avropa Şurası və Avropa Birliyinin təşkil etdiyi Avropa Dilləri İli 2001-in bəzi məqsədləri idi. Avropa Dilləri İli 2001-in bağlanış tədbiri ərəfəsində Avropa Şurasının Nazirlər Komitəsi Avropa Dilləri Gününün hər il sentyabr ayının 26-da oxşar məqsədlərlə keçirilməsinə qərar verdiyini bəyan etdi.