Nə üçün Avropa Dilləri Günü?
Why a European Day of Languages? |
Hər hansı bir Avropa ölkəsində işləmək və ya oxumaq üçün heç bir zaman bu qün olduğu qədər imkanlar olmamışdır, ancaq dil bacarıqlarının olmaması bir çox insana bu imkanlardan istifadə etməyə mane olur.
Qlobalizasiya və biznesin inkişafı vətəndaşların öz ölkələrində effektiv işləmələri üçün xarici dil bacarıqlarına getdikcə daha çox ehtiyac olduğunu göstərir.
Avropa dillərlə zəngindir. Burada 200-dən artıq avropa dilləri və kökü digər qitələrdən olan vətəndaşların danışdığı bir çox digər dillər mövcuddur. Bu əhəmiyyətli resurs yüksək qiymətləndirilməli və ondan istifadə olunmalıdır.
Dillərin öyrənilməsi cavan və yaşlılar üçün faydalıdır-dil öyrənmək və onun yaratdığı imkanlardan istifadə etmək heç bir yaşda gec deyil. Səyahət etidiyiniz ölkəin (məsələn istirahətdə olduqda) dilində hətta bir neçə söz bilsəniz belə, bu sizə yeni dostlar və tanışlar tapmaq imkanı yaradır.
Digərlərinin dillərini öyrənməklə bizə bir birimizi daha yaxşı anlamağa və mədəniyyətlərarası fərqi aradan qaldırmağa kömək edir.
Məqsədlər
Dil bacarığına HƏR KƏSİN ehtiyacı və haqqı vardır. Bu Avropa Dilləri Gününün əsas çağırışıdır.
Maarifləndirmənin əsas məqsədləri aşağıdakılardır:
1.Avropanın zəngin linqvistik müxtəlifliyini qoruyub saxlanmaq və inkişaf etdirmək;
2.İnsanların öyrəndikləri dillərin diapazonunu genişləndirməklə (daha az istifadə olunan dilləri daxil etmək) çoxdilliliyə istiqamətləndirmək;
3.Avropda demokratik vətəndaşlıqda tam iştirak etmək üçün iki və ya daha artıq dili müəyyən dərəcədə bilmək qabiliyyətinin olması.
…Nazirlər Komitəsi Avropa Dillərii Gününü hər il sentyabrın 26-da qeyd etməyə qərar vermişdr. Komitə bu Günün mərkəzdən idarə olunmayıb sərbəst formada üzv dövlətlərin istək və resursları əsasında təşkil olunmasını məsləhət görür ki bu da onlara öz yanaşmalarında daha dəqiq olmağa imkan verir. Avropa Şurası isə öz növbəsində hər il ümumi mövzu təklif edəcəkdir. Nazirlər Komitəsi Avropa Birliyini Avropa Şurasının bu təşəbbüsünə qoşulmağa dəvət edir. Bu Günün bütün müvafiq partnyorların iştirakı ilə qeyd oluncağına ümid bəslənilir.
Avropa Şurasının (Strazburq) Nazirlər Komitəsinin Qərarı (776-cı görüş – 6 dekabr 2001-ci il)