Kim iştirak edə bilər?


HƏR KƏS hər hansı bir şəkildə Avropa Dilləri Gününə qatıla bilər! 


Fərdi və ya qrup şəklində, təşkilat (məktəb və ya assosiasiya) daxilində və ya yalnız dostlar arasında hər yaşdan olan insanlar bu Günə qatıla bilər. Hər bir kəs ADG-nün nailiyyətinə öz töhvəsini verə bilər – təşkil edilmiş tədbirlərdə iştirak etməklə, digərlərinə qoşulmaqla və tədbirlər təşkil etməklə (tədbir haqqında məlumatları ADG-nin tədbirlər təqviminə daxil etməyi unutmayın). Bəzi imkanlar haqqında aşağıda məlumat təqdim edilmişdir: 

ŞAGİRDLƏR/TƏLƏBƏLƏR: Şagird və tələbələr dillərin müxtəlifliyi haqqında öyrənmək üçün bizim əyləncəli onlayn fəaliyyətətlərimizə qoşula bilərlər. Oyun və viktorinalarda iştirak etməklə siz Avropanın müxtəlif dillərin dadını çıxara bilərsiniz.  Musiqini sevirsinizsə Avropanın müxtəlif dilləri və musiqi janrlarını təbliğ etmək üçün musiqi tədbirləri təşkil edə bilərsiniz.  Siz hətta bu fəaliyyətləri internet səhifəsi vasitəsilə digərləri ilə bölüşə bilərsiniz.    
 
MÜƏLLIMLƏR: Dil müəllimləri üçün və ya əslində başqa fənn müəllimləri üçün də bu Gün bir çox imkanlar təklif edir: adətən sinifdə təmsil olunmayan digər mədəniyyətlər, ənənələr və dillər ilə tanış olmaq; şagirdlərin danışdıqları dilləri əks etdirən sketçləri təqdim etməklə onların yaradıcı istedadlarına dəstək olmaq, dil kafeləri təşkil etmık, məktəbdə danıçılan dilləri vurğulamaq…
 
UNİVERSİTETLƏR/MƏKTƏBLƏR:Avropa Dilləri Günü universitet/məktəbləri və ətrafdakı şəhərləri müxtəlif mənşəli insanlarla görüşmək, yaşamaq və dillərin çiçəkləndiyi bir məkan kimi görmək üçün geniş imkan yaradır. Nə üçün müxtəlif dilli insanlar arasında müzakirə qrupları  yaratmayaq? Onlayn sosial şəbəkələr belə bir əlaqəni yaratmaq üçün yaxşı bir vasitədir və siz Avropa Dilləri Gününü Facebookda da təqib edə bilərsiniz. Qonşu ölkələrdəki universitetlər və ya məktəblər sərhədim o biri tərəfindəki tələbələrlə görüşmək üçün səfərlər təşkil edə bilərlər. Məktəblər həmçinin şagirdlər üçün dilin mənimsənilməsi və təkmilləşdirilməsi üçün müsabiqələr təşkil edə bilərlər.   

HƏR KƏS Avropa Dillər Gününə qatıla bilər, hətta