Necə iştirak etmək olar?

Avropa Dilləri Günündə iştirak etməyin sizin vaxtınız və imkanlarınızdan asılı olaraq müxtəlif yolları vardır. 

Bu sadə fəaliiyətlərdən tutmuş (müxtəlif dillərdə kino axşamlarının təşkili və ya müxtəlif ölkələrin mütəxəssislərini birləşdirən dil kafesi) daha çox resurs tələb edən (geniş miqyaslı media tədbirləri) fəaliyyətlər daxildir.  Tədbirlər təqvimi 202-ci ildən ADG-nin internet səhifəsində olan bütün fəaliyyətləri əks etdirir və zəngin məlumat mənbəyidir.  “İlhamlanın” adlı səhifədən də bu səhifəyə keçid vardır. 

 

Kiçik və ya böyük olmasından asılı olmayaraq, prinsip eynidir…
1. Yaxşı bir ideyanın olması (şənlik, turnir, şam yemyi kimi tədbirlər) 
2. Təşkil etmək, təbliğ etmək 
3. Tədbiri məlumat bazasına daxil etmək və 
4. Həyata keçirmək!

Avropa Dilləri Gününün təşkili 
Avropa Şurası fəaliyyələrin təşkili üçün təlimatlar (və ya maliyyə yardımı) təmin etmir. Üzv dövlətlər və potensial partnyorlar fəaliyyətləri istədikləri kimi təşkil etməkdə azaddırlar.

"Milli Əlaqələndirici"
Bir çox ölkələrdə tədbir təşkilatçıları və Avropa Şurası arasında könüllü əsasda işləyən “Əlaqələndirici” olur. Bura həmçinin milli, regional və yerli səviyyədə Avropa Şurası tərəfindən hazırlanmış məlumatların və təbliğat materiallarının yayılması daxildir.  

Avropa Şurasının rolu
Avropa Şurası bu Günün təşəbbüskarı olaraq hər il Avropada dillərin müxtəlifliyini əks etdirən posterlər,  etiketlər  və digər təbliğat materialları göndərir. Bu materiallar ölkədə paylanması və ADG tədbirinin təçkilatçılarının ehtiyaclarını ödəmək məqsədilə Milli Əlaqələndiriciyə çatdırılır.