What is the European Day of Languages?
What is the European Day of Languages? |
Avropa Şurası və Avropa Birliyi tərəfindən birgə təşkil edilmiş 2001 Avropa Dilləri İli 45 iştirakçı ölkədən milyonlarla insanı cəlb etməyə nail olmuşdur.
Dilləri İlinin əldə etdiyi nailiyyətin davamı olaraq Avropa Şurası hər il sentyabrın 26-da Avropa Dilləri Gününün qeyd olunacağını elan etmişdir. Avropa Dilləri Gününün ümumi məqsədləri aşağıdakılardan ibarətdir:
1.ictimaiyyətin diqqətini dillərin öyrənilməsinə, o cümlədən coxdillilik və mədəniyyətlərarası anlaşmanı gücləndirmək məqsədilə öyrənilən dillərin diapozonunu genişləndirməyə cəlb etmək;
2.Avropanın zəngin linqvistik və mədəni müxtəlifliyini qorumaq və dəstəkləmək üçün onları irəli çəkmək;
3.Məktəbdə və məktəbdən kənarda, istər təhsil almaq, istər peşə ehtiyacları ilə bağlı, istərsə də səyahət və ya əyləncə məqsədi ilə dillərin davamlı olaraq öyrənilməsinə maraq yaratmaq.
2011-ci ilin sentyabr ayının 26-da Avropa Şurası və 46 üzv dövlət tərəfindən ADG-nin 10 illiyi qeyd olundu.
AVROPA DİLLƏRİ GÜNÜ KİMİN ÜÇÜNDÜR?
Avropa Şurası ümid edir ki, bu Gün üzv dövlətlərin hakimiyyət orqanları və potensial partnyorlar tərəfindən aşağıda təsvir edilən səviyyədə qeyd olunacaq:
- Siyasətçilər arasında (məsələn dil siyasəti ilə bağlı xüsusi tədbirlər və ya müzakirələr)
- Ictimaiyyət arasında (bu Günün məqsədləri, o cümlədən hər hansı bir yaşda, hər hansı bir təhsil müəssisəsində və ya işdə dillərin davamlı öyrənilməsinin əhəmiyyəti ilə bağlı maarifləndirmə və s.);
- Könüllü fəaliyyətlər sektorunda ( QHTlər, asosiasiyalar, şirkətlər və digərləri tərəfindən və ya onlar üçün nəzərdə tutulmuş xüsusi fəaliyyətlər)