Avropa boyunca Avropa Şurasının 46 dövlət ölkəsinin təmsil etdiyi 700 milyon avropalı hər bir yaşda, istər məktəbdə, istərsə də məktəbdən kənarda daha çox dil öyrənməyə təşviq edilməkdədirlər. Linqvistik müxtəlifliyin yüksək mədəniyyətlərarası anlaşmaya nail olmağın əsas aləti və bizim qitənin zəngin mədəni irsinin əsas elementi olduğuna inanaraq, Avropa Şurası bütün Avropada çoxdilliliyi dəstəkləyir.
Avropa Dilləri Günü Avropa Şurasının təşəbbüsü ilə 2001-ci ildən etibarən hər il sentyabrın 26- da Avropa Komissiyası ilə birgə qeyd olunur.